enkins davamlı inteqrasiya (CI / Continuous Integration) və davamlı çatdırılma (CD/ Continuous Delivery) üçün Java-da yazılmış open soruce avtomatlaşdırma vasitəsidir. Jenkins avtomatlaşdırma vasitəsilə təşkilatlarda proqram təminatının inkişafını sürətləndirir. Jenkins həmçinin daxili pluginlərinin köməyi ilə davamlı inteqrasiyaya nail olur. Pluginlər müxtəlif DevOps mərhələlərinin inteqrasiyasına imkan verir. Müəyyən bir aləti inteqrasiya etmək istəyirsinizsə, bu alət üçün pluginləri qurmalısınız. Məsələn, Git, Maven, Amazon EC2, HTML və s.Jenkins məhsulun bazara çıxma vaxtı və keyfiyyətini yaxşılaşdırır.
Jenkinsin üstünlükləri :
1) Quraşdırmaq asandır
2) İşinizi asanlaşdırmaq üçün çox plugin var. Əgər plugin yoxdursa, onu kodlaya bilərsiniz
3) Pulsuzdur
4) Java ilə qurulub və buna görə də bütün əsas platformalara daşına bilir
5) Jenkins 147.000-dən çox aktiv quraşdırma və dünya üzrə 1 milyondan çox istifadəçi ilə olduqca məşhurdur.
Yuxarıdakı məqamlardan aydın olur ki, Jenkins-ə qlobal miqyasda çox yüksək tələbat var.
Continuous Integration
Developer-lər gündə bir neçə dəfə və ya daha tez-tez paylaşılan repository-dəki kodlarına dəyişiklik etməli olurlar. Repository-də edilən hər bir commit daha sonra build edilir. Bu, komandalara problemləri erkən aşkar etməyə imkan verir. Bundan əlavə, Davamlı İnteqrasiya alətindən asılı olaraq, qurma tətbiqini test serverində yaymaq, build və test nəticələrini müvafiq komandalara təqdim etmək və s. kimi digər funksiyaları da var.
Continuous Delivery
Testlər CI mərhələsində aparılır və proqramın yeni versiyası CD mərhələsində paylanır. Davamlı çatdırılmada məqsəd layihəni aktual və işlək vəziyyətdə saxlamaq və onu canlı mühitə köçürməkdir. Jenkins build və ya test mərhələsində hər hansı bir xəta ilə qarşılaşarsa, deploy edilmir və məlumat verir. Bu proses davamlı olaraq təkrarlanır.
Növbəti məqaləmdə Jenkins`in Docker üzərində qurulması və detalları haqqında yazacam.
Faxri Nuruyev